Səudiyyə Ərəbistanı 200-ə qədər MQ-9 PUA-sı almağı düşünür

2025/05/1747897797.jpg
Oxunub: 518     12:19     22 May 2025    
Səudiyyə Ərəbistanı ABŞ-nin “General Atomics” şirkəti ilə 200-ə qədər MQ-9 pilotsuz uçuş aparatı almaq üçün danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.

Şirkətin sözçüsü Mark Brinkli bildirib ki, satış prezident Donald Trampın Körfəz səfəri zamanı elan etdiyi 142 milyard dollarlıq müdafiə müqavilələrinə daxil edilə bilər.

Brinkli qeyd edib ki, müqaviləyə həm “MQ-9B SkyGuardian”, həm də “SeaGuardian” modelləri daxil olacaq və bu ölçüdə satış ABŞ-də təxminən 46.000 yeni iş yeri yarada bilər. Satışın Xarici Hərbi Satış (FMS), yoxsa Birbaşa Ticarət Satışı (DCS) vasitəsilə həyata keçiriləcəyi hələ dəqiq deyil.

GA-ASI-nin prezidenti Devid Aleksandr daha əvvəl demişdi ki, satış şirkət tarixində ən böyük beynəlxalq müqavilə ola bilər. Razılaşma hələ yekunlaşmasa da, Tramp administrasiyası bu danışıqları yenidən sürətləndirmiş kimi görünür.

Şirkət, həmçinin Trampın Körfəz turu zamanı Qətərlə 8 MQ-9B satışı üçün qəbul məktubu (LOA) imzalayıb. Bununla belə, Bayden administrasiyası zamanı dayandırılan Birləşmiş Ərəb Əmirlikləri ilə MQ-9B satış müqaviləsi hələ də dayandırılmış vəziyyətdədir.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistan   ABŞ  


Bizi "telegram"da izləyin