KİV: Avropa ABŞ-ın Kiyevə silah tədarükünü dayandıracağına inanmır

2025/05/1747891521.jpg
Oxunub: 1598     06:44     22 May 2025    
Avropa liderləri ABŞ Prezidenti Donald Trampın administrasiyasının Kiyevə Amerika silahlarının ixracını dayandıracağına inanmır.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən yazıb.

Nəşr qeyd edir ki, avropalılar həmçinin əmindirlər ki, Ukraynaya dəstək bu mərhələdən sonra əsasən onların üzərinə düşəcək.

Ukrayna Ali Radasının deputatı İrina Geraşenko çərşənbə axşamı bəyan edib ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş son hərbi yardım paketi bu yay sona çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   ABŞ   Kiyev  


Bizi "telegram"da izləyin