İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai, İran İslam Respublikası ilə ABŞ arasında nüvə proqramı ətrafındakı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə keçiriləcək danışıqların beşinci raundunun mayın 23-də Romada baş tutacağını təsdiqləyib.
Ordu.az xəbər verir ki, bu barədə məlumat İran XİN-in rəsmi "Telegram" kanalında yer alıb.
Diplomatın sözlərinə görə, İran nümayəndə heyəti danışıqlarda ölkə xalqının hüquq və mənafelərini qorumaqda qərarlıdır.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
ABŞ