İran-ABŞ danışıqlarının 5-ci raundunun tarixi və yeri açıqlanıb

2025/05/downl-1747725066.jpg
Oxunub: 459     21:09     21 May 2025    
İran-ABŞ danışıqlarının 5-ci raundunun tarixi və yeri açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə dialoqda vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.

“İran və ABŞ arasında danışıqların beşinci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq”, - XİN başçısı “X” sosial şəbəkəsində yazıb.

Danışıqlar nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin