Qəzzada həlak olan fələstinlilərin sayı 52,5 mini keçib

2025/05/1746362732.jpg
Oxunub: 501     16:31     04 May 2025    
2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 52,5 mini keçib.

Ordu.az xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatların qurbanlarının sayı 52 535 nəfərə yüksəlib, 118 491 nəfər yaralanıb.

Nazirlik əlavə edib ki, son 24 saat ərzində 40 ölü və 125 yaralı Qəzza xəstəxanalarına yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin