Toqo parlamenti yeni prezidenti seçib

2025/05/1746362005.jpg
Oxunub: 499     15:34     04 May 2025    
Toqo parlamenti bir il əvvəl qəbul edilmiş konstitusiyaya əsaslanaraq ölkənin yeni prezidenti, 85 yaşlı Jan-Lyusen Kvassi Lanıon Savi de Toveni seçib.

Ordu.az xəbər verir ki, o, bir gün əvvəl nazirlər şurasının sədri vəzifəsinə başlayan Faure Gnassingbeni əvəz edib.

Ölkənin ikipalatalı parlamentinin deputatları və senatorları yekdilliklə yeganə namizəd olan yeni dövlət başçısına səs veriblər. Prezidentin səlahiyyət müddəti bir dəfə təkrar seçilmək hüququ ilə dörd ildir.

Jan-Lyusen ticarət naziri vəzifəsində çalışıb (2005-2007), Xarici İşlər Nazirliyində işləyib. 1997-ci ildə müxalifət fəaliyyətinə görə həbs edilib və 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Toqo   Prezident  


Bizi "telegram"da izləyin