Si Cinpin mayın 7-də Rusiyaya səfər edəcək

2025/02/1739165973.jpg
Oxunub: 634     11:11     04 May 2025    
Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 7-də Rusiyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Si Cinpin 7-10-da Rusiyada rəsmi səfərdə olacaq və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək.

O da bildirilib ki, Rusiya prezidenti Vladimir Putin və Si Cinpin bir sıra ikitərəfli hökumətlərarası və qurumlararasl sənədləri imzalayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Si-Cinpin   Rusiya  


Bizi "telegram"da izləyin