Zelenski Orbanı Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı fikirlərinə görə tənqid edib

2024/05/663b9-1715181162.jpg
Oxunub: 505     01:35     04 May 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına üzv ola bilməyəcəyi barədə səsləndirdiyi fikirləri kəskin şəkildə tənqid edib.

Ordu.az "Strana.ua" saytına istinadən xəbər verir ki, Zelenski Orbanın bu bəyanatlarını Avropa İttifaqı üçün "çox təhlükəli" hesab edir və Kiyev bu məsələ ilə bağlı tərəfdaşlarını məlumatlandırıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə "Facebook" səhifəsində Zelenskiyə cavab olaraq bildirib ki, "bütün macarların Ukraynanın Aİ-yə sürətli üzvlüyü məsələsində fikirlərini bildirmək hüququ var və Kiyev bununla barışmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Orban  


Bizi "telegram"da izləyin