Belçikada silah alışını sürətləndirmək üçün böhran vəziyyətinin elan olunması təklif edilib

2025/05/1746289662.jpg
Oxunub: 528     20:23     03 May 2025    
Belçika Baş Qərargah rəisi Frederik Vansina federal hökuməti daha tez silah ala bilmək üçün böhran veziyyət elan etməyə çağırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Het Laatste Nieuws" qəzeti xəbər verib.

"Ya müharibə, ya da sülh, lakin bu gün biz ortada bir yerdəyik, təhlükənin artdığı hibrid vəziyyətdəyik", - deyə Frederik Vansina bildirib.

Onun sözlərinə görə, Belçika hazırda silahları sülh zamanı rejimində, çətin və ləng dövlət bazarları vasitəsilə alır. Eyni zamanda, o, “gecə-gündüz tanklar, təyyarələr və silahların istehsal edildiyi” Rusiyanı qeyd edib.

Baş Qərargah rəisi silah tədarükünü sürətləndirməkdən əlavə, limanların və rəqəmsal şəbəkələrin təhlükəsizliyinin gücləndirilməsindən də narahatdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Silah  


Bizi "telegram"da izləyin