ABŞ NATO ölkələrinə ultimatum verib - KİV

2025/04/1745641646.jpg
Oxunub: 486     17:01     03 May 2025    
ABŞ prezidenti Donald Tramp müdafiə xərcləri ilə bağlı NATO ölkələrinə ultimatum verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər yazır.

Məlumata görə, NATO-nun müdafiə büdcəsi artırılmayacağı təqdirdə, Tramp alyansın iyunda keçiriləcək zirvə toplantısına gəlməyə bilər.

KİV yazır ki, bu barədə ABŞ-nin NATO-dakı yeni səfiri aidiyyəti şəxsləri xəbərdar edib. O bildirib ki, ABŞ administrasiyası NATO üzv dövlətlərindən müdafiəyə Ümumdaxili məhsullarının azı beş faizini xərcləmələrini tələb edir.

"Əvvəlcə almanlar hesab edirdilər ki, amerikalılar beş faiz məsələsində ciddi deyillər, bu, sadəcə, danışıqlar taktikasıdır. Amma daha Uitakerin sözünün ciddiliyinə inanırlar", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin