KİV: Robert Fitso işgüzar proqramını bir neçə dəfə ləğv edib

2025/01/1737436659.jpg
Oxunub: 439     14:02     03 May 2025    
Slovakiyanın bir il öncə sui-qəsdə məruz qalan Baş naziri Robert Fitso ötən günlər ərzində bir neçə dəfə işgüzar proqramını son anda ləğv edib.

Ordu.az-ın xəbərinə görə, bu haqda məlumatı “Tvnoviny” portalı yayıb.

Bildirilib ki, o, həm 1 may münasibətilə təşkil olunan tədbirlərə qatılmayıb, həm də Nitradakı çörək zavodunun işçiləri ilə həmrəylik nümayiş etdirmək niyyəti ilə nəzərdə tutulan gecə növbəsi üzrə işə çıxmaqdan imtina edib.

Fistonun Oksford Universitetinin tələbələri üçün nəzərdə tutulan mühazirəsi də təxirə salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fitso   Slovakiya  


Bizi "telegram"da izləyin