“Technofest-2025”də "Türk Ulduzları"nın nümayiş uçuşu həyata keçirilib

2025/05/Ekran-1746263713.jpg
Oxunub: 402     13:08     03 May 2025    
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada “Technofest-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı çərçivəsində "Türk Ulduzları"nın nümayiş uçuşu həyata keçirilib.

Ordu.az xəbər verir ki, uçuş festival ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Nümayiş uçuşunda Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan "F-5" təyyarələri iştirak edib.

Qeyd edək ki, 11-ci “Technofest-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Technofest   2025   Türk-Ulduzları  


Bizi "telegram"da izləyin