Ordu.az xəbər verir ki, TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu Tolqa jurnalistlərə verdiyi açıqlamada qərarın səbəblərini və təqvimi ətraflı şəkildə bölüşüb.
Demiroğlu Türkiyə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Jandarma Baş Komandanlığının gələcək illərdə artan helikopter ehtiyaclarına diqqət çəkib.
“Bizim 10 tonluq bir helikopterə, xüsusilə T70-in də 109-a gedə bilməmə ehtimalının artıq çox yüksək olması və ehtiyacın da çox olması səbəbindən bu helikopterə çox ciddi ehtiyac var”, - deyə Demiroğlu qeyd edib.
Mövcud inventardakı oxşar sinfə məxsus helikopterlərin 2030-2040-cı illər arasında köhnələrək, istismardan çıxarılacağını vurğulayan Demiroğlu bu kontekstdə qəbul edilən strateji qərarı belə izah edib:
“2030-2040-cı illər arasında yaşına görə inventardan çıxarılacaq xeyli sayda oxşar helikopter var... Qərar verdik. Dedik ki, “Atak 2”nin qarşısına 10 ton qoyuruq. Orada ehtiyac daha çoxdur”.
Sevinc Əliyeva
Ordu.az