Ordu.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Demiroğlu ABŞ Konqresində prosesin davam etdiyini və hələlik mənfi nəticə gözləmədiklərini bildirib.
“Uzun müddətdir müraciətlərimiz var. Həm F110, həm də F404 üçün... Onlar hazırda Konqres mərhələsindədir”, - deyə o qeyd edib.
Bu məsələ ilə bağlı ötən ay ABŞ-yə xüsusi səfər etdiyini bildirən Demiroğlu təmaslarının müsbət olduğunu bildirib: “Ötən ay bu məsələ ilə bağlı ABŞ-yə səfər etdim, aidiyyatı şəxslərlə danışanda, heç kim ciddi problem olacağını düşünmürdü”.
Demiroğlu Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra Ankara ilə Vaşinqton arasında münasibətlərdə yumşalma olduğunu və bu inkişafın müdafiə sənayesi əməkdaşlığında da özünü göstərə biləcəyini deyib.
O, F404 mühərrikinin təlim təyyarəsi hesab edildiyi üçün ixrac məhdudiyyətlərinin daha yüngül olduğunu vurğulayıb.
Demiroğlu deyib ki, bir neçə ay ərzində satınalma prosesi ilə bağlı konkret və müsbət xəbərlər gözlənilir:
“Bir neçə aydan sonra yaxşı xəbər alacağıq və onu alacaqmış kimi davam edirik”, - deyə TUSAŞ baş direktoru əlavə edib.
Sevinc Əliyeva
Ordu.az