Hava SOJ-da tədarüklər 2026-cı ildə başlayacaq

2025/05/1746262670.jpg
Oxunub: 693     16:57     03 May 2025    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu ASELSAN ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Hava SOJ (Stand-Off Jammer) Radioelektron Mübarizə Layihəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Ordu.az xəbər verir ki, layihənin məzmunu təhlükəsizlik baxımından təfərrüatlı verilməsə də, sınaqların davam etdiyi və tədarüklərin 2026-cı ildə başlayacağı bildirilib.

“Bu, Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyaclarını ödəmək üçün ASELSAN ilə çox sıx işlədiyimiz bir layihədir”, - deyə Demiroğlu qeyd edib.

Demiroğlu layihənin beynəlxalq diqqəti cəlb etdiyini və bir çox ölkənin bu sistemlə bağlı TUSAŞ-a müraciət etdiyini bildirib.

“Biz dünyanın bir çox ölkəsindən bunu eşidən və “bir dəqiqə gözləyin, bunu edirsiniz?” deyən müraciətlər alırıq”, - deyə TUSAŞ baş direktoru vurğulayıb.

Demiroğlu bildirib ki, bununla belə, TUSAŞ ilk növbədə Türkiyə HHQ-nin ehtiyaclarına diqqət yetirməyə davam edir.

“Amma dediyim kimi, bizim birinci prioritetimiz öz HHQ-mizdir. Öncə can, sonra canan”, - deyə o qeyd edib.

Layihənin Türkiyənin radioelektron mübarizə imkanlarında əhəmiyyətli bir sıçrayış yaratması və xaricə ixrac potensialı ilə diqqət çəkməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUSAŞ   SOJ  


Bizi "telegram"da izləyin