Ordu.az xəbər verir ki, “Kaan”a texniki tələblərin kifayət qədər yüksək olduğuna diqqət çəkən Öztürk platformadan gözləntilərin mövcud oxşarlarını üstələdiyini deyib.
“Daha çox faydalı yük tələb olunur. Mənzil çox istənilir. Sürət baxımından daha yüksək sürətlər tələb oluna bilər... Məsələn, radarın xüsusiyyətləri çox yüksək səviyyədədir. Düşmən tanıma sistemləri müəyyən məsafədə düşməni məhv etmək, görmək və ya ondan qaçmaq üçün tələb olunur”, - deyə o qeyd edib.
Hazırlanma mərhələsində olan TF35000 mühərrikinin imkanlarına toxunan Öztürk “Kaan”ın mühərrik gücünün indiki döyüş təyyarələrini keçəcəyini bildirib.
“Bu gün, məsələn, bir F-16 mühərriki 29.000 funt itələmə gücünə malikdir. “Kaan”da hər mühərrik üçün 35.000 funt planlaşdırırıq. 70.000 funt itələmə gücü ilə havaya qalxacaq”, - deyə TUSAŞ baş direktorunun müavini vurğulayıb.
İctimaiyyətin layihənin dəyərindən daha çox məlumatlı olmasının lazım olduğunu bildirən Öztürk deyib: “Biz bunu sərfəli etməyə çalışırıq, lakin bunu müəyyən etmək asan deyil. Bir çox parametrlərdən asılıdır. Məsələn, siz xaricdən asılı olduğunuz materialların alınmasında çətinliklərlə üzləşə bilərsiniz”.
Sevinc Əliyeva
Ordu.az