Ordu.az xəbər verir ki, ŞKTC Prezident Aparatının himayəsi, Türk Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi altında 132 maraqlı qurumun iştirakı ilə təşkil edilən tədbir xaricdə ikinci, ümumilikdə isə 11-ci dəfədir keçirilir.
40.000 kvadrat metr sahədə qurulan TEKNOFEST ŞKTR mayın 4-dək ziyarət edilə bilər.
Festival çərçivəsində 13 alt kateqoriyada təşkil edilən 6 fərqli texnologiya yarışmasına Türkiyə də daxil olmaqla, 22 ölkədən 47 mindən çox müraciət edilib. Gənclərin layihələrini həyata keçirmələri üçün 3 milyon Türkiyə lirəsi maliyyə dəstəyi və 2,5 milyon Türkiyə lirəsi mükafat verilir.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün TEKNOFEST-in gənclərin enerjisini kəşf etmək platforması olduğunu bildirib.
“TEKNOFEST ilə gənclər deyil, əslində biz dəyişdik və inkişaf edirik”, - deyə o bildirib.
Görgün gənclərin arzularını məhdudlaşdıran bütün divarların bu festivalla yıxıldığını vurğulayıb.
T3 Vəqfi Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar isə deyib: “ŞKTR indi təkcə tarixi mübarizələrin deyil, həm də böyük irəliləyişlərin simvolu olacaq”.
O bildirib ki, TEKNOFEST ŞKTR elm və texnologiya mərkəzinə çevrilməlidir.
Sevinc Əliyeva
Ordu.az