Ordu.az xəbər verir ki, Demiroğlu bu il iki “Kaan” prototipinin uçacağını və mühərrik tədarükündə heç bir problem olmadığını bildirib.
“Kaan” döyüş təyyarəsinin sınaq prosesi və istehsal mərhələləri haqqında məlumat verən Demiroğlu “Kaan” prototipləri haqqında qeyd edib:
“Kaan” bu il iki dəfə uçacaq. Statik prototiplə montajı davam etdiririk. Birincisi bu ilin sonuna yaxın tamamlanacaq. Bundan sonra onun uçuş sınaqları başlayacaq. İkincisini də ondan sonra görəcəyik. Yəni, gələn ilin əvvəlində və ortasında iki “Kaan”ın birlikdə uçduğunu görəcəyik, inşallah”.
Demiroğlu “Kaan” və “Hürjet” layihələrində istifadə edilən turbofan mühərrikləri haqqında da qiymətləndirmələr aparıb. O, hazırda hər iki platformada “General Electric” (GE) tərəfindən istehsal olunan ABŞ istehsalı mühərriklərin istifadə olunduğunu vurğulayıb.
Demiroğlu məsələ ilə bağlı bu açıqlamanı verib: “Hazırda heç bir problem görmürük. Təbii olaraq hər kəs bilir ki, GE hər ikisi üçün ABŞ mühərriklərindən istifadə edir. Bunlar F-404 və F-110-dur. Biz “Kaan” üçün öz mühərrik layihəmizə başlamışıq. “TR Motor” və TEI-nin birgə layihəsi Müdafiə Sənayesi Komitəmizin himayəsi altında davam edir. İnşallah bu mühərriki 2030-cu illərin əvvəllərində “Kaan”da quraşdıracağıq. Hazırda bu mühərrikin tədarükündə heç bir problem görmürük”.
Sevinc Əliyeva
Ordu.az