“Anka-3” və “Hürkuş-2” layihələrinin təhvil-təslim cədvəli aydınlaşır

2025/05/1746261477.jpg
Oxunub: 588     15:36     03 May 2025    
“Anka-3” və “Hürkuş-2” layihələrində sınaqlar davam edir, təhvil-təslim hazırlıqları planlaşdırıldığı kimi gedir”.

Ordu.az xəbər verir ki, bunu TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu deyib.

“Hazırda iki prototipimiz olan “Anka-3” üzərində sınaqlarımız davam edir. Sınaqlarımız bu ilin sonuna qədər tamamlanacaq. Eyni zamanda, gələn il Hərbi Hava Qüvvələrimizə və ya hər hansı digər qüvvəyə təhvil verilməsi üçün hazırlıqlara başladıq. İlk tədarüklərimizi 2026-cı ildə edə biləcəyimizi düşünürük. Bunu kimə çatdıracağımız yaxın günlərdə bəlli olacaq, amma sınaqlarımız çox yaxşı gedir. Həm daxildən, həm də xaricdən bütün inteqrasiya sınaqlarımız və uçuş zərfinin genişləndirilməsi sınaqlarımız çox uğurla davam edir”, - deyə Demiroğlu qeyd edib.

TUSAŞ-ın baş direktoru “Hürkuş-2” layihəsi ilə bağlı hədəflərini də bölüşərək bildirib: “Hazırkı hədəfimiz bu il 10 “Hürkuş-2”ni təhvil verəyə hazır vəziyyətə gətirmək və 2025-ci ilin sonuna qədər təhvil verməkdir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka-3   Hürkuş-2  


Bizi "telegram"da izləyin