Ordu.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Kmitəsinin sədri Haluk Görgün deyib.
Onun sözlərinə görə, aprel ayında Türkiyənin müdafiə və aviasiya sənayesi 54 faiz artımla 539 milyon dollarlıq ixracat reallaşdırıb.
“Yanvar-aprel dövründə ixracatımız 67 faiz artımla 2 milyard 238 milyon dollara çatıb”, - deyə Görgün qeyd edib.
Görgün sosial media hesabındakı paylaşımında sektorun ixracatı ilə bağlı məlumat paylaşıb.
Müdafiə və aviasiya sənayesi ixracatındakı artıma diqqət çəkən Görgün vurğulayıb:
“Müdafiə və aviasiya sənayesi ixracatında yeni bir zirvə müşahidə edildi. 2025-ci ilin aprel ayında müdafiə və aviasiya sənayemiz 54 faiz artımla 539 milyon dollarlıq ixracat həyata keçirdi. Yanvar-aprel dövründə ixracımız 67 faiz artımla 2 milyard 238 milyon dollara çatdı. Son 12 ayda ümumilikdə 42 faiz artımla 7 milyard 635 milyon dollar olaraq qeydə alındı. Bu rəqəmlər bir anlıq uğur deyil, əzmlə davam etdirilən və strateji addımlarla dəstəklənən yüksəlişin göstəricisidir”.
Sevinc Əliyeva
Ordu.az