ABŞ-yə səfərini yarımçıq qoyan Vuçiç Hərbi Tibb Akademiyasına gəlib - YENİLƏNİB

2025/05/1746256837.jpg
Oxunub: 845     16:16     03 May 2025    
Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-yə rəsmi səfərini yarıda dayandıraraq ölkəsinə qayıdıb və Belqraddakı Hərbi Tibb Akademiyasına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Serbiya Radio və Televiziyası” (RTS) məlumat yayıb.

"Hərbi Tibb Akademiyasında prezidenti səhiyyə naziri Zlatibor Lonçar və doktor Draqan Dinçiç qarşılayıblar", - məlumatda bildirilib.

Xəbər verildiyi kimi, Vuçiç özünü pis hiss etdiyi üçün ABŞ-yə səfərini yarımçıq qoyub. O, həkimlərlə məsləhətləşərək Belqrada qayıtmaq qərarına gəlib.

***

Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti qəfil pisləşib.

Ordu.az xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası RTS məlumat yayıb.

Məlumata görə, Vuçiç ABŞ-da keçirilməsi planlaşdırılan görüşlərini ləğv edərək təcili şəkildə Serbiyaya qayıtmaq qərarı verib. Qərar onun həkimləri ilə məsləhətləşmədən sonra qəbul olunub.

Prezidentin səhhəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Vuçiçin ABŞ-da Prezident Donald Trampla görüşüb-görüşmədiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   ABŞ  


Bizi "telegram"da izləyin