Mayk Uolts ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmaq qərarına gəlib

2025/05/1746246387.jpg
Oxunub: 533     03:29     03 May 2025    
ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfiri vəzifəsi ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Mayk Uoltsa təklif edilib və o, ölkənin BMT-dəki daimi nümayəndəsi olmaq qərarına gəlib.

Ordu.azxəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ölkə prezidenti Donald Trampın onu milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsindən azad etmək qərarı ilə əlaqədar olaraq, Uotsdan yeni vəzifəni özü seçməsi istənilib.

Uoltsa Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra ölkələrdə səfir vəzifəsi təklif olunub. Müəyyən müddət fikirləşdikdən sonra Uolts BMT-dəki daimi nümayəndə vəzifəsində qərarlaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uolts   ABŞ   BMT  


Bizi "telegram"da izləyin