Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Marko Rubionun ən azı altı ay dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini icra edəcəyi gözlənilir və prezident Donald Trampın bir neçə yüksək səviyyəli müşaviri bu vəzifəni daimi etməkdə maraqlıdır”, –məqalədə deyilir.
Nəşrin mənbələrindən birinin qeyd edib ki, Rubio milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini tutmağı planlaşdırmırdı - ondan bunu şəxsən prezident Donald Tramp və onun aparat rəhbəri tələb edib.
Ordu.az