Rusiya silahlı qüvvələri Xarkovu PUA-larla vurub, onlarla yaralı var

2025/05/1746246032.jpg
Oxunub: 423     00:39     03 May 2025    
Rusiya ordusunun pilotsuz təyyarələrinin Ukraynanın Xarkov şəhərinə hücumu nəticəsində yaşayış binasına ziyan dəyib, 40 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat verib.

Şəhərin komendantı Oleq Sinegubovun sözlərinə görə, qurbanların sayı 40 nəfərə çatıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

"Xarkovun Slobodski rayonunda hücum nəticəsində yanğınlar baş verib. Şəxsi avtomobillərə ziyan dəyib. Osnovyanski rayonunda da PUA zərbəsi nəticəsində bir ev və mağaza yanıb, binanın dam örtüyü də yanıb. Saltovski rayonunda çoxmərtəbəli binaya və həyətdə dayanan avtomobillərə ziyan dəyib”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xarkovu   PUA  


Bizi "telegram"da izləyin