Ordu.az xəbər verir ki, məsələ ilə bağlı hərəkatın liderlərindən olan Abdel Rəhman Şədid “əl-Cəzira” telekanalına məlumat verib.
"HƏMAS israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı sazişə hazırdır və artıq bununla bağlı təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur", - Şədid bildirib.
Hərəkat həmçinin İsraillə razılaşma çərçivəsində Qəzza zolağında 5 illik atəşkəs tələb etdiyini rəsmən təsdiqləyib.
Ordu.az