Türkiyə ordusu İraqda terrorçulara məxsus xeyli sayda silah-sursatı ələ keçirib

2025/02/Gi27z-1738584752.jpg
Oxunub: 448     19:38     02 May 2025    
Türkiyə Silahlı Qüvvələri İraqda terrorçulara aid mağara və xeyli silah-sursat aşkarlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, axtarış tədbirləri nəticəsində mağarada 10 tapança və 20 daraq, bir əl radiosu, 75 ədəd silaha quraşdırılmış durbin, 21 ədəd əl durbini, 6 "Dragunov" snayper tüfəngi, bir soyuducu, bir fənər və digər növ silah-sursatlar maddi dəlil olaraq götürülüb.

Həmçinin terrorçulara məxsus sənədlər də ələ keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq  


Bizi "telegram"da izləyin