Türkiyə Malta sahillərində İsrailin hədəf aldığı iddia olunan gəmiyə hücumu pisləyib

2025/05/1746198247.jpg
Oxunub: 476     18:43     02 May 2025    
Türkiyə Malta sahillərində beynəlxalq sularda Azadlıq Donanması Koalisiyasına məxsus “Conscience” adlı gəmiyə edilən hücumu pisləyib.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçelinin açıqlamasında deyilir.

O, hücum anında gəmidə Türkiyə vətəndaşlarının da olduğunu əlavə edib.

“Gəmidə olan heyət və sərnişinlərin səhhətinin yaxşı olduğu məlum olub. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır. Biz beynəlxalq sularda hərəkət etmə azadlığını və dəniz təhlükəsizliyini təhdid edən bu hücumu qəti şəkildə pisləyirik”, - deyə Ö. Keçeli qeyd edib

XİN sözçüsü gəminin İsrail pilotsuz uçuş aparatları tərəfindən hədəf alındığına dair iddiaların olduğunu vurğulayıb: “Hücumun təfərrüatlarının ən qısa zamanda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi səylər göstəriləcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Malta  


Bizi "telegram"da izləyin