Livan hökuməti HƏMAS-ı xəbərdar edib

2024/04/1712560188.jpg
Oxunub: 648     17:02     02 May 2025    
Livan hökuməti HƏMAS hərəkatını ölkənin ərazisindən İsrailə hər hansı hücumlar təşkil etməməyi, əks təqdirdə “ən sərt ölçülərin” qəbul olunacağı ilə xəbərdar edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər Livanlı mənbərələr istinadən məlumat yayıb.

“HƏMAS və ya başqa hər hansı qruplaşmaların bizim dövlətin sabitliyini pozmasına imkan verməyəcəyik. Livan ərazilərinin təhlükəsizliyi hər şeyin fövqündədir”,- Livanın Ali Müdafiə Şurasının bəyanatında qeyd olunub.

Briqada generalı Muhamməd Əl-Mustafa bildirib ki, Livanın suverenliyinə təhdid yaradan istənilən addımın qarşısını almaq üçün ən sərt ölçülər tətbiq olunacaq.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İsrail-Həmas müharibəsinin başlamasından sonra fələstinli döyüşçülər aras sıra Livan ərazisindən də İsrailə raket zərbələri endirirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   HƏMAS  


Bizi "telegram"da izləyin