Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Sepahın Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bildirib.
Onun sözlərinə görə, əməliyyatlar İranın cənub-şərqində keçirilib.
M.Pakpur 2024-cü ilin aprelində Rask və Çahbeharda baş verən hücumlar haqqında danışaraq deyib: "Bu əməliyyatlar zamanı öldürülən 18 terrorçunun hamısı yerli yanacaq qaçaqmalçıları kimi maskalanmış əcnəbilər idi. Onların yanacaq konteynerləri içərisində gizlədilmiş silahları var idi".
Ordu.az