Şimali Kiprin paytaxtı Lefkoşada “Technofest-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı çərçivəsində "F-16" qırıcı təyyarələrinin nümayiş uçuşu həyata keçirilib.
Ordu.az verir ki, uçuşu festival ziyarətçiləri maraqla izləyib.
Bundan başqa, festivalda Türkiyə istehsalı olan "Hürkuş" təlim təyyarəsinin də uçuşu baş tutub.
Sayca 11-ci “Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Technofest-2025
F-16