ŞKTR-də təşkil edilən TEKNOFEST Cənubi Kiprin mətbuatında geniş işıqlandırılıb

2025/05/1746176904.jpg
Oxunub: 531     21:48     02 May 2025    
Şimali Kipr Türk Respublikasında (ŞKTR) təşkil edilən TEKNOFEST Cənubi Kiprin mətbuatında geniş işıqlandırılıb.

Ordu.az xəbər verir ki, 2-4 may tarixləri arasında keçirilən TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında sərgilənən Türkiyə müdafiə sənayesi məhsullarını Cənubi Kipr mətbuatı yaxından izləyir.

“Kathimerini Cyprus” qəzeti festivalda müşahidə və zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) kimi texnologiyaların sərgiləndiyini bildirib.

Xəbərdə TEKNOFEST-in aviasiya, kosmos və texnologiya sahəsində dünyanın ən böyük festivalı olduğu qeyd edilib.

Məlumatda həmçinin vurğulanıb ki, “SoloTürk” şouları ilə yanaşı, ŞKTR səmasında “Anka-3” və “Bayraktar TB2” zərbə PUA-sı uçuşları da beynəlxalq marağa səbəb olub.

Cənubi Kipr televiziyası “Omega TV” axşam bülletenində TEKNOFEST-i “güc nümayişi” kimi təsvir edib. Xəbərdə “SoloTürk” və PUA-ların nümayişi diqqət çəkib. Kanal, həmçinin “Türkiyə döyüş təyyarələrinin Lefkoşanın FIR xəttini məhv etdiyini” iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ŞKTR   TEKNOFEST   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin