ASELSAN ASELFLIR-600 gəlir

2025/05/1746176785.jpg
Oxunub: 631     16:40     02 May 2025    
ASELSAN-ın baş direktoru Ahmet Akyol qurumun elektro-optik sistemlər, dəniz platformaları və insan resursları sahələrində əldə etdiyi mühüm inkişafları ictimaiyyətlə bölüşüb.

Ordu.az xəbər verir ki, Akyolun açıqlamaları Türkiyənin müdafiə sənayesində texnologiya inkişafında və yerli istehsal imkanlarında çatdığı səviyyəni ortaya qoyub.

ASELSAN tərəfindən hazırlanmış elektro-optik kəşfiyyat və hədəfləmə sistemləri ailəsinə yeni üzv daxil olur.

Akyol ASELFLIR-500-dən sonra çox daha güclü bir sistem olan ASELFLIR-600-ün inkişaf mərhələsində olduğunu və yaxın gələcəkdə platformalara inteqrasiya ediləcəyini açıqladyıb.

“Tezliklə... Ola bilsin ki, aylar ərzində biz qabaqcıl versiya, qabaqcıl qabiliyyətimiz olan ASELFLIR-600-ü uçuracağıq. Söhbət teleskop kimi hədəfləri axtarıb tapacaq 25 düymlük sistemdən gedir”, - deyə o qeyd edib.

Yeni nəsil sistemin xüsusilə pilotsuz uçuş aparatlarında hədəf aşkarlama və yüksək ayırdetmə təsviri baxımından əhəmiyyətli fərq yaratması gözlənilir.

Akyol dəniz platformalarında xarici asılılığın sona çatdığını ifadə edərək, ASELSAN-ın döyüş gəmiləri üçün inkişaf etdirdiyi alt sistemlərlə yerli və milli səviyyədə bütün funksiyaları yerinə yetirə biləcəyini vurğulayıb.

“Bu gün döyüş gəmisindəki bütün sistemləri milliləşdirən bir ASELSAN-dan danışırıq. ASELSAN bir döyüş gəmisində öz sistemləri ilə aşkarlayır, diaqnoz qoyur, qərar verir, atəş açır və yönləndirir”, - deyə o vurğulayıb.

Bu bəyanat Türkiyənin müdafiə sənayesində, xüsusilə MİLGEM və buna bənzər milli dəniz platformalarında tam səlahiyyətə sahib olduğunu göstərməsi baxımından diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   ASELFLIR-600  


Bizi "telegram"da izləyin