TUSAŞ-dan kütləvi istehsalda yeni dövr: Xərc effektivliyi və yüksək həcm

2025/05/1746176726.jpg
Oxunub: 612     17:37     03 May 2025    
TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu TEKNOFEST Şimali Kipr tədbiri çərçivəsində verdiyi açıqlamalarda Türkiyənin müdafiə və aviasiya sənayesindəki kütləvi istehsal imkanlarının gəldiyi nöqtə ilə bağlı mühüm qiymətləndirmələr verib.

Ordu.az xəbər verir ki, xüsusilə orijinal hava platformalarında kütləvi istehsal dövrünün başladığını bildirən Demiroğlu keyfiyyət, sürət və sərfəlilik tarazlığının şirkətin yeni istehsal vizyonunun əsasını təşkil etdiyini vurğulayıb.

Demiroğlu hazırda davam edən layihələrin miqyaslılığına diqqət çəkib.

“Bəli, orijinal layihələrimiz üçün kütləvi istehsal dövrü başlayır. Yəni indiyə qədər etdiyimiz işləri saymasaq, bir-iki ildə “Hürjet”, “Hürkuş”, “Anka” və “Aksungur”dakı təyyarə sayından qat-qat çox təyyarə istehsal etmiş olacağıq”, - deyə o qeyd edib.

TUSAŞ baş direktoru kütləvi istehsal proseslərinin müvəffəqiyyətini təmin etmək üçün təşkilati potensialın və istehsal infrastrukturunun yenidən qurulduğunu bildirərək, şirkət daxilindəki gərgin iş tempinə də toxunub.

“Buna görə də biz bütün diqqətimizi kütləvi istehsalı necə daha yaxşı, daha sürətli və daha sərfəli edə biləcəyimizə yönəltdik. Biz hər gün dostlarımızla birlikdə işləyirik”, - deyə o bildirib.

Demiroğlunun açıqlamaları göstərir ki, TUSAŞ-ın gələcək vizyonunun əsas oxunda təkcə texniki bacarıqlar deyil, davamlılıq və xərclərin idarə edilməsi də yer alır. Bununla bağlı aşağıdakı açıqlama diqqət çəkib:

“Növbəti ən böyük hədəfimiz, ən mühüm hədəfimiz keyfiyyətdən itki vermədən sərfəli, kütləvi və sürətli istehsaldır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Kütləvi-istehsal  


Bizi "telegram"da izləyin