TEI baş direktoru: “TF35000 mühərriki dünyanın ən yaxşı üç mühərrikindən biri olacaq”

2025/05/1746176212.jpg
Oxunub: 547     15:56     03 May 2025    
“TUSAŞ Motor Sanayii AŞ” (TEI) baş direktoru Mahmut Akşit Türkiyənin beşinci nəsil döyüş təyyarəsi “Kaan”da istifadə üçün hazırlanmış TF35000 mühərriki ilə bağlı “TRHaber”ə diqqətəlayiq açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Akşit mühərrikin inkişaf prosesində sürətlə irəlilədiklərini və Türkiyənin indi bu sahədə dünya ilə rəqabət aparacaq texnoloji imkanlara sahib olduğunu vurğulayıb.

“Bacardığımız qədər sürətlə inkişaf etdiririk”, - deyə Akşit qeyd edib.

O, TF35000-in gələcəyi ilə bağlı heç bir tərəddüd olmadığını bildirib.

“Burada sual “olacaq, yoxsa olmayacaq?” deyil. Olacaq və hər kəsin gözlədiyindən daha tez olacaq. Amma zamanını söyləmək səlahiyyətimiz yoxdur”, - deyə Akşit qeyd edib.

TEI-nin mühəndislik infrastrukturu və texniki səriştəsinə diqqət çəkən Akşit Türkiyənin təkcə bu mühərriki deyil, həm də təyyarə mühərriki sinifindəki bütün platformaları inkişaf etdirə biləcək səviyyəyə çatdığını bildirib.

“Və olur... Bizim mühəndislik və texnoloji bacarıqlarımız var. Demək olar ki, hər növ mühərriki istehsal etmək səriştəmiz var”, - deyə o vurğulayıb.

TF35000-in təkcə Türkiyə üçün deyil, dünya miqyasında iddialı bir mühərrik olduğunu bildirən Akşit öz sinfindəki mühərrikin texniki tutumu ilə bağlı aşağıdakı qiymətləndirməni verib:

“Bu TF35000 mühərriki artıq öz təyyarə mühərrikləri sinfinin ən yüksək pilləsindədir. Başqa sözlə, o, dünyanın ən yaxşı üç mühərrikindən biridir”.

Məlumata görə, Türkiyənin yerli və milli müdafiə sənayesi vizyonuna uyğun olaraq hazırlanmış TF35000 “Kaan” döyüş təyyarəsinin “ürəyi”ni təşkil edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   TEI   Kaan  


Bizi "telegram"da izləyin