Bolqarıstanın "F-16 Block 70" təyyarəsində kritik nasazlıq baş verib

2025/05/1746174873.jpg
Oxunub: 588     17:17     02 May 2025    
Bolqarıstanın ilk "F-16 Block 70" döyüş təyyarəsi qəbul prosesi zamanı aşkar edilən sistem sapması səbəbindən yerə endirilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-mayor Nikolay Rusev açıqlamasında bildirib: "Sistem sapmasının aşkarlanması təyyarənin nasaz olması demək deyil".

Təyyarə aprelin 2-də Bolqarıstanda eniş etdikdən sonra aşkar edilən sapmanın müşahidə edildiyi açıqlanıb. Lakin bu vəziyyətin uçuş zamanı, yoxsa enişdən sonra baş verdiyi hələlik bəlli deyil.

General-mayor Rusev bildirib ki, qəbul prosesi texniki və uçuş qəbulu olmaqla, iki mərhələdən ibarətdir.

O, təyyarənin rəsmi olaraq xidmətə qəbul edilməsindən əvvəl bolqar pilotla ən azı iki sınaq uçuşunun həyata keçirilməli olduğunu qeyd edib.

"Yalnız pilot təyyarənin uçuşa yararlı olduğunu təsdiqlədikdən sonra təyyarə Bolqarıstan HHQ-nin inventarına daxil ediləcək", - deyə Rusev əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   F-16   Block-70  


Bizi "telegram"da izləyin