"Kaan"da diqqət hazırda P1, P2 və P3 prototiplərinin istehsalına yönəlib" - Mehmet Demiroğlu

2025/05/2025--1746174744.jpg
Oxunub: 406     13:10     02 May 2025    
"Diqqət hazırda P1, P2 və P3 prototiplərinin istehsalına yönəlib".

Ordu.az xəbər verir ki, bunu TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu "Aviation Week"ə açıqlamasında deyib.

Demiroğlu "Kaan"ın yeni prototipinin istehsal edildiyini bildirib.

"Bu təyyarələr işə düşdükdən sonra intensiv şəkildə istifadə ediləcək və yeni prototiplər mümkün qədər tez-tez, mümkün qədər uzun müddət, mümkün qədər yüksəkdə uçacaq", - deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, daha öncə uçan prototip P0 adlandırılıb.

"Aviaton Week"in məlumatına görə, sözügedən təyyarə hazırda sübut edilmiş montaj prosesi səbəbindən böyük ölçüdə yerüstü sınaqlarda istifadə olunur, lakin P0-ın yenidən uçacağı da bildirilir.

Demiroğlu istehsal olunacaq prototiplərin P0-ın quruluşuna çox oxşar olacağını deyib. Bu kontekstdə ən diqqət çəkən xarici dəyişikliyin supersəs uçuşu üçün daha optimallaşdırılmış bir hava girişi olacağı bildirilir.

Müsahibədə Demiroğlu dəyişikliklərin əksəriyyətinin çəki optimallaşdırması və missiya sistemlərinin quraşdırılması da daxil olmaqla, "dəri altında" olacağını bildirir. İkinci prototip qrupu olan P4, P5 və P6 isə ilk 3 ədəddən daha təkmil və bacarıqlı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUSAŞ   Kaan  


Bizi "telegram"da izləyin