Ordu.az xəbər verir ki, Estoniya ilk HIMARS artilleriya sistemlərini aprelin 30-da "Ämari" aviabazasında təhvil alıb.
Sistemlər NATO-nun əməkdaşlığı və regional həmrəyliyini vurğulayan simvolik jest kimi Ukrayna tərəfindən idarə olunan "Antonov An-124" nəqliyyat təyyarəsi ilə çatdırılıb.
Estoniya Müdafiə Qüvvələrinin məlumatına görə, yeni alınan HIMARS sistemləri uzun mənzilli dəqiq atəş dəstəyini təmin edəcək və ölkənin NATO-nun şərq cinahındakı təhdidlərə sürətlə cavab vermək qabiliyyətini artıracaq.
M142 HIMARS (Yüksək Hərəkət Qabiliyyətli Artilleriya Raket Sistemi) dəqiq idarə olunan sursatlardan istifadə etməklə, 300 kilometrdən çox məsafədə hədəfləri vura, NATO-nun rabitə və hədəfləmə sistemləri ilə işləyə bilir.
Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) 2022-ci ilin dekabrında ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) ilə müvafiq müqavilə imzaladıqdan sonra, sözügedən satınalma Estoniyanın bu günə qədərki ən böyük silah alışlarından biridir.
Sevinc Əliyeva
Ordu.az