Filippin HDQ "Mistral 3" raketlərini donanmasına inteqrasiya edib

2025/05/1746174493.jpg
Oxunub: 399     12:27     03 May 2025    
Filippin Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raket freqatı ilk dəfə 2 "Mistral 3" "yer-hava" raketini uğurla sınaqdan keçirərək, iki Pilotsuz Uçuş Aparatı (PUA) hədəfini vurub.

Ordu.az xəbər verir ki, "BRP Jose Rizal" (FF-150) Filippinin şimal-qərb sahilində, Cənubi Çin dənizi yaxınlığında yerləşən Zambales əyalətinin sularında ABŞ-nin Hind-Sakit Okean Komandanlığı tərəfindən verilən hədəfləri məhv etmək üçün ilk dəfə MBDA istehsalı olan qısa mənzilli hava hücumundan müdafiə raketlərindən istifadə edib.

Məlumata görə, sınaqlar əməkdaşlığı gücləndirmək və Çinin bölgədəki "təcavüzü"nün qarşısını almaq məqsədi daşıyan, Filippin və ABŞ arasında davam edən "Balikatan 2025" birgə hərbi təlimi zamanı həyata keçirilib.

Qeyd edək ki, döyüşdə sübut edilən, "atdım-unutdum" raket sistemi olan "Mistral 3" Manila dəniz qüvvələri üçün əsas modernləşdirmə proqramının bir hissəsi olaraq dəniz elementlərinə inteqrasiya edilib.

Müəyyən edilməmiş sayda sursat əvvəlcə 2021-ci ilin oktyabrında Filippinə çatdırılıb, sonra "BRP Jose Rizal" və "BRP Antonio Luna" (FF-151) döyüş gəmilərinə inteqrasiya edilib.

1,88 metrlik raket saniyədə 930 metr sürətlə hərəkət edən 3 kiloqramlıq döyüş başlığını daşıyır.

Raket 500 metrdən 8000 metrə qədər önləmə mənzili ilə geniş spektrli yaxın hava təhdidlərinə qarşı müdafiə təmin edir, 6000 metrə qədər yüksəklikdə PUA və helikopter kimi hava platformalarını vura bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   HDQ   Mistral-3  


Bizi "telegram"da izləyin