Ordu.az xəbər verir ki, bu, ilkin proqnozlaşdırılan tarixdən təxminən bir il sonraya işarə edir.
"Osprey" uçuşları 2023-cü ilin dekabrında Yaponiya sahillərində 8 hərbi qulluqçunun ölümü ilə nəticələnən qəzadan sonra məhdudlaşdırılıb.
Qəza ilə bağlı aparılan araşdırmada helikopter rejimi ilə təyyarə rejimi arasında keçidi təmin edən pər mühərriki sürətlər qutusunda metal zəifliyi səbəbindən nasazlıq aşkar edilib.
V-22 proqramının meneceri polkovnik Robert Herst bildirib ki, bu problemi həll etmək üçün sürətlər qutusunun komponentləri “üç dəfə əridilmiş” (triple-melt) poladla əvəz olunacaq.
Bu polad tərkibindəki çirkləri böyük ölçüdə təmizləyərək gücü artırır.
Herst qeyd edib ki, bu proses poladdakı zəiflədici qalıqları 90%-ə qədər azaldacaq.
Sevinc Əliyeva
Ordu.az