Ordu.az xəbər verir ki, plan hər bir döyüş bölməsinin təxminən 1000 Pilotsuz Uçuş Aparatı (PUA) ilə təchiz edilməsini və köhnəlmiş silah sistemlərinin inventardan çıxarılmasını nəzərdə tutur.
Bavariyadakı “Hohenfels” təlim poliqonunda və ABŞ-nin digər bazalarında bir ildən çox sınaqlar nəticəsində formalaşan plan Ukraynadakı müharibədə döyüş meydanında kiçik PUA-ların transformasiyasından ilham alır.
Plan həyata keçirilərsə, Quru Qoşunlarının 10 aktiv bölməsi kəşfiyyat, təchizat və hücum missiyaları üçün böyük ölçüdə insansız sistemlərə arxalanacaq.
Beş illik transformasiyanın ümumi dəyəri 36 milyard dollar olaraq qiymətləndirilir.
Bu büdcə “Humvee” kimi köhnəlmiş avtomobilləri, həmçinin M10 yüngül tanklarını və bəzi “Apache” helikopterlərini istismardan çıxarmaqla qarşılanacaq. Mülki personalın sayının da azaldılması nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az