Ordu.az xəbər verir ki, bu barədə “Defense One” məlumat yayıb.
Müdafiə rəsmiləri bildiriblər ki, baza komandirlərinə daha effektiv müdaxilə etmək üçün yeni standart prosedurlar hazırlanır və onların səlahiyyətlərini genişləndirmək üçün qanuni tənzimləmələr gündəmdədir.
Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini kontr-admiral Pol Spedero Nümayəndələr Palatasının nəzarət alt komitəsində çıxış edərək, 2023-cü ilin dekabrında Virciniya ştatındakı “Langley-Eustis” bazası üzərində PUA sürüsü ilə bağlı insidentin ciddiliyini vurğulayıb.
“Vətən artıq sığınacaq deyil. Əgər düşmən PUA-lardan müşahidə və ya birbaşa hücum üçün istifadə etmək qərarına gəlsə, nə bazalarımızı, nə də ölkəmizi lazımi səviyyədə müdafiə edə bilməyəcəyik”, - deyə o qeyd edib.
Pentaqonun məlumatına görə, 2023-cü ildə 100-dən çox hərbi bazada ümumilikdə 350 PUA aşkarlanıb.
Sevin Əliyeva
Ordu.az