Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Portuqaliyanın müdafiə naziri qeyd edib ki, Lissabon ABŞ-nin “Lockheed Martin” firmasından beşinci nəsil F-35 döyüş təyyarələri almaq planlarından imtina edə bilər.
Portuqaliya Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general Juan Kartaşu Alves HHQ-nin hələ də F-35-ə açıq olduğunu, lakin alternativlərin də qiymətləndirilə biləcəyini bildirib.
Bu kontekstdə Portuqaliyanın gələcək döyüş təyyarəsi seçiminin iki namizəd arasında qalacağı gözlənilir. Portuqaliya ya F-35 döyüş təyyarələri, ya da “Saab” şirkətinin istehsalı olan “Gripen” döyüş təyyarələri alacaq.
Əslində, müdafiə sənayesi istehsalçısı “Saab”ın baş direktoru Maykl Yohansson da son həftələrdə ictimaiyyətə Lissabonla potensial “Gripen” satışı ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az