Ordu.az xəbər verir ki, təxminən 220 ton subasımı qabiliyyəti ilə “Type 22”lər Çin Hərbi Dəniz Qüvvələrinin mühüm elementi olub və 2000-ci illərin əvvəllərində təqdim edilib.
Dalğadəlici katamaran gövdə formasına malik olan, 2 ədəd 6,895 at gücündə dizel mühərriki ilə idarə olunan və 4 su reaktivi pəri ilə gücləndirilən “Type 22” 36 ilə 38 düyün arasında sürətə çata bilir.
Hərbi ekspertlərə görə, “Type 22”nin sürət, manevr qabiliyyəti və aşağı radara görünmə qabiliyyətinin birləşməsi onu xüsusilə məhdud dəniz ərazilərində döyüş üçün vacib bir aktivə çevirir.
Cəmi 8 ədəd səs sürətindən aşağı sürətə malik YJ-83 gəmi əleyhinə qanadlı raketini daşıyan 2 ədəd dörd borulu buraxılış qurğusu ilə təchiz edilmiş “Type 22”nin hücum qabiliyyəti əhəmiyyətli hesab edilir.
“Type 22”, həmçinin heklikopterlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş, önə quraşdırılmış 6 lüləli “H/PJ-13 30 mm Gatling” topuna malikdir. Müdafiə tədbirlərinə radioelektron əks-tədbirlərin və siqnal pozucu fişənglərin yerləşdirilməsi daxildir.
Sevinc Əliyeva
Ordu.az