Türkiyə ilə Britaniya arasında TUDIC Spesifikasiyası imzalanıb

2025/05/1746170235.jpg
Oxunub: 517     16:28     02 May 2025    
Türkiyə ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı institusionallaşdıran Türkiyə-Birləşmiş Krallıq Müdafiə Sənayesi Şurası (TUDIC) Spesifikasiyası qarşılıqlı şəkildə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) verdiyi açıqlamada TUDIC toplantısı çərçivəsində MSK sədri Haluk Görgün, milli müdafiə nazirinin müavini Musa Heybet və Britaniya müdafiə tədarükü və sənaye naziri Mariya İqlın Londonda bir araya gəldiyi bildirilib.

Açıqlamada görüşün dəyişən qlobal təhlükəsizlik mühiti və ortaq təhdidlərə qarşı əməkdaşlığın dərinləşdirilməsi iradəsi ilə keçirildiyi, iki ölkə arasında müdafiə sənayesi əlaqələrinin daha da inkişaf etdirilməsi üçün güclü iradənin nümayiş olunduğu bildirilib.

Həmçinin məlumat verilib ki, Mariya İqlın ev sahibliyi ilə keçirilən görüş çərçivəsində Birləşmiş Krallığın Müdafiə Tədarükü və Sənaye Nazirliyi, Türkiyə Milli Müdafiə Nazirliyi və Türkiyə MSK arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı institusionallaşdıran TUDIC Spesifikasiyası qarşılıqlı şəkildə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Britaniya   TUDIC-Spesifikasiya  


Bizi "telegram"da izləyin