“Muhafız” adlı İDP layihəsinin yeni tanıtım videosu yayımlanıb - VİDEO
Oxunub: 436
13:56
02 May 2025
“Sekizaltmış Teknoloji” və “Anadolu Robotik” tərəfindən hazırlanan “Muhafız” adlı İnsansız Dəniz Platforması (İDP) layihəsinin yeni tanıtım videosu yayımlanıb.
Ordu.az xəbər verir ki, sistem stasionar obyektlərin mühafizəsi, eləcə də mobil missiyalarda istifadə üçün həllər təmin etmək məqsədilə nəzərdə tutulmuş iki ayrı platformadan ibarətdir.
Layihə çərçivəsində hazırlanan platformalar arasında “Arida-T” insanlı kəşfiyyat və komanda-nəzarət missiyalarını yerinə yetirir, “Arida-M” isə kamikadze missiya profilinə malikdir və təhlükə elementlərini birbaşa məhv etmək üçün nəzərdə tutulub.
“Arida-T” tərəfindən aşkar edilən asimmetrik təhlükələr “Arida-M” İDP-ləri tərəfindən koordinasiyalı şəkildə zərərsizləşdirilir.
Elektro-optik sistemləri və xüsusi təyinatlı radar komponentləri ilə “Arida-T” gecə-gündüz fasiləsiz müşahidə, çoxsaylı hədəf izləmə və erkən xəbərdarlıq kimi kritik funksiyaları təklif edir.
Sistem, xüsusilə asimmetrik təhlükələrə qarşı fərdiləşdirilmiş quruluşu ilə diqqət çəkir.