“İtaliya ilə əməkdaşlığını dərinləşdirən firmamız “Baykar” “Leonardo” ilə imzaladığı protokolla bu prosesi davam etdirdi” - Ərdoğan

2025/05/1746168912.jpg
Oxunub: 399     12:33     02 May 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya səfərindən sonra verdiyi açıqlamada Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da güclənəcəyini bildirib.

Ordu.az xəbər verir ki, Ərdoğan “Baykar” və “Leonardo” arasında imzalanan protokolu misal çəkərək, yerli müdafiə sənayesi hədəfini vurğulayıb.

“Həqiqətən də, İtaliya şirkətləri ilə əməkdaşlığını son zamanlar dərinləşdirən firmamız “Baykar” “Leonardo” ilə imzaladığı protokolla bu prosesi davam etdirdi”, - deyə o qeyd edib.

Ərdoğan müdafiə sənayesində inkişaf edən əlaqələrlə bağlı aşağıdakı qiymətləndirməni verib:

“İtaliya ilə Türkiyə arasında əməkdaşlıq və birgə layihələrin inkişafı üçün güclü potensial var. İtaliya ilə əməkdaşlığımızın istiqamətlərindən biri də müdafiə sənayesidir. Bu baxımdan həm şirkətlərimizin oradakı sərmayələri, həm də coğrafi və mədəni yaxınlıq səbəbindən İtaliya şirkətlərinin Türkiyəyə marağının artması hər iki ölkənin marağındadır”.

Ərdoğan Türkiyənin müdafiə sənayesində uzun illər davam edən səylərinin nəticəsini verdiyini bildirib.

“Müdafiə sənayesi son zamanlar Avropa ölkələrinin diqqət yetirdiyi bir sahədir. Bu illər ərzində bu istiqamətdə çox mühüm addımlar atmışıq və müəyyən irəliləyişlər əldə etmişik. İrəliləməyə davam edirik. İnkişaf etdirdiyimiz silah sistemləri, hava, quru, dəniz sursatları və avadanlıqları dünya tərəfindən böyük maraqla izlənilir”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan   Baykar   Leonardo   İtalya  


Bizi "telegram"da izləyin