Erməni jurnalist: “Bütün Ermənistanda olduğu kimi Tavus vilayətində də bir çox ailələr ailə müavinətlərindən məhrum edilib”

2025/05/1746168524.jpg
Oxunub: 377     14:33     02 May 2025    
“Yüzlərlə ailə ailə müavinətindən məhrum edilib”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bütün Ermənistanda olduğu kimi Tavus vilayətində də bir çox ailələr ailə müavinətlərindən məhrum edilib.

“Yüzlərlə sosial cəhətdən həssas ailələr Vahid Sosial Xidmətin rayon mərkəzlərindən ailələrinin ehtiyac balı 28.00 baldan aşağı olduğu, bu səbəbdən ailə müavinətindən məhrum edildiyi barədə məktublar alıb. Həmin ailələrin yoxsulluq balı isə hökumətin 2024-cü ildə qəbul etdiyi qərara görə aşağı düşüb. Bu, “Vətəndaş Müqaviləsi” partiyası hökumətinin etdiyi şeydir, yüksək maaş alan məmurlara milyonlarla dollar bonuslar paylayır”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavus  


Bizi "telegram"da izləyin