İsrail ordusu Qəzzaya humanitar yük daşıyan gəmiyə zərbə endirib

2025/05/1746166525.jpg
Oxunub: 377     09:53     02 May 2025    
İsrail ordusu Qəzzaya humanitar yük daşıyan gəmiyə zərbələr endirib.

Ordu.az “Al-Jazeera” telekanalına istinadən xəbər verir ki, pilotsuz uçuş aparatından baş verən hücuma Qətərin Hərbi Dəniz Qüvvələri reaksiya verib.

Hazırda gəminin Maltanın sahil sularında dayandığı açıqlanıb.

Ötən həftə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzza sektorunda gərgin humanitar vəziyyətlə bağlı narahatlğını bildirib. Agentliyin məlumatında bu vəziyyətin İsrailin bölgəyə yardımları qadağan etməsi nəticəsində baş verdiyi açıqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin