Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, 2025-ci ilin aprel ayına qədər ABŞ-ın orbital hərbi əməliyyatlar üzrə ixtisaslaşmış bölməsi olan Space Delta 9-un fəaliyyəti yalnız yüksək səviyyəli, məxfi məlumatlara çıxışı olan ABŞ rəsmilərinə təqdim olunurdu.
Lakin son həftələrdə ABŞ həmin məlumatları "Beş Göz" alyansına daxil olan ölkələrlə – Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və Kanada ilə bölüşməyə başlayıb. Məqsəd, kosmosda artan təhlükələr fonunda bu ölkələr arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı dəstək imkanlarını artırmaqdır.
Ordu.az