İsrail Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum edib

2025/05/1746163035.jpg
Oxunub: 378     06:31     02 May 2025    
İsrail Suriyanın paytaxtı Dəməşq şəhərində prezident sarayının yaxınlığındakı hədəfə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə yaydığı bəyanata istinadən məlumat yayıb.

Qəzet bəyanatdan sitat gətirib: “Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Dəməşq  


Bizi "telegram"da izləyin